Modern.az

“Ölkəmizin 20%-i Rusiyanın işğalı altındadır” -  Baş nazir

“Ölkəmizin 20%-i Rusiyanın işğalı altındadır” -  Baş nazir

Aktual

8 Avqust 2021, 17:32

Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və hökumətin digər səlahiyyətli şəxsləri 2008-ci ilin avqust ayında Rusiyaya qarşı müharibə zamanı həyatını itirən şəxslərin xatirələrini yad etmək üçün Muxatqverdi qardaşlar məzarlığını ziyarət ediblər.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, mərasimdən sonra Baş nazir jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, ölkənin 20%-i Rusiyanın işğalındadır və bununla bağlı siyasi spekulyasiyalar edilməməlidir.

 

"Tarixlərlə bağlı siyasi spekulyasiyalar etmək utancvericidir. Faktlar və nəticələrdən danışın. Nəticə odur ki, bizim ölkəmizin 20%-i Rusiyanın işğalı altındadır. Buna görə də biz bu barədə danışmalı və işğalın necə sona çatdırılması barədə düşünməliyik. Xahiş edirəm ki, ölkənin süverenliyi, müstəqilliyi, müharibə barədə ən azından bu gün siyasi spekulasiyaları dayandırın",- deyə Baş nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV