Modern.az

"Rayonların abadlaşdırılmasında zövqsüzlük hökm sürürdü"

Aktual

10 Avqust 2021, 11:39

Turizm Agentliyinin təşəbbüs ilə şimal-qərb marşrutu üzrə yollar və yol kənarında olan obyektlər müasir standartlara uyğun təmir olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şimal-Qərb turizm dəhlizi layihəsinin kordinatoru Nizami Qasımov bildirib.

 

Turizm rəsmisi qeyd edib ki, son illərdə rayonların abadlaşdırılması üzrə zövqsüzlük hökm sürürdü:

 

"Ona görə icra hakimiyyətlərində çalışan memarlar üçün xüsusi təlimlər təşkil edilib. Memarlara verilən tapşırıqlar xüsusilə magistral yol kənarında yerləşən obyektlərin təmiri, bərpası və tikintisi zamanı müasir standartlara uyğunluğun gözlənilməsi istiqamətində idi. Şəxsi mülkiyyətdə olan obyektlər vətəndaşın vəsaiti hesabına, memarlıq layihəsi razılaşdırılmaqla bərpa edilirdi. Vətəndaş əgər şəxsi obyektindən qazanc əldə edirsə, bu qayda-qanunlara da uyğun olmalıdır". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV