Modern.az

Əfqanıstanın Bakıdakı səfirliyi fəaliyyətini davam etdirir - EKSKLÜZİV

Əfqanıstanın Bakıdakı səfirliyi fəaliyyətini davam etdirir - EKSKLÜZİV

Aktual

17 Avqust 2021, 10:50

Əfqanıstanın Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq səfirlikdən məlumat verilib.

 

Qeyd edilib ki, onların fəaliyyətində heç bir dəyişiklik yoxdur.

 

Səfirlikdən onu da bildiriblər ki, Əfqanıstandan hansısa yeni tapşırıq daxil olmayıb.

 

Qeyd edək ki, avqustun 15-də Taliban hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.

 

Xatırladaq ki, Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhundur. O, 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV