Modern.az

Kəlbəcər və Laçında turizm belə dirçəldiləcək 

Kəlbəcər və Laçında turizm belə dirçəldiləcək 

Aktual

18 Avqust 2021, 09:25

“Laçın və Kəlbəcərdə əsasən qış turizminin yaradılması, kurort mehmanxanaların, sanatoriyaların tikilməsi ideyaları müzakirə edilir”.

 

Bunu Modern.az-a Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Laçın və Kəlbəcərdə turizm sahəsinin dirçəldilməsi haqqında danışarkən deyib.

 

K.Quluzadə qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin resurslar var:

 

“Belə ki, təbiət turizmi üzrə piyada yürüşləri (hayking), yamac paraşütü, dağ velosipedi, dağ çaylarında qayıqçılıq, balıq ovu turizm məhsulları kimi təklif edilə bilər. Bu mənada Şuşa, Laçın, Kəlbəcərin təbiət turizm növlərinin inkişafı baxımından nisbətən böyük potensialı var. Sağlamlıq turizmi üzrə termal bulaqlar, isti vannalar, iqlim kurortları turistlərə turizm məhsulları kimi təklif edilə bilər. Sağlamlıq turizm istiqaməti üzrə nisbətən Kəlbəcər, Şuşanın böyük potensialı var. Dağ-xizək turizm istiqaməti üzrə müxtəlif dağ-xizək xidmətləri təqdim edilə bilər. Bu istiqamətdə Kəlbəcər və Laçının nisbətən böyük potensialı mövcuddur. Mədəni turizm istiqaməti üzrə Alban mədəni irsi, Qarabağ xanlığının irsi, Qarabağ xalçaları, qeyri-maddi mədəni irs nümunəsi olan muğam musiqisi turizm məhsulu kimi təklif oluna bilər. Bu mənada Şuşa-Ağdam, Xocavənd, Kəlbəcərin böyük potensialı var”.

 

 

Qurum sözçüsü onu da əlavə edib ki, Laçın təbiət yasaqlığında qırmızı palıd meşələri, mineral sular, bir neçə min il yaşı olan arxeoloji abidələrin mövcudluğu qış turizm mərkəzinin yaradılması üzərində ideyaları zənginləşdirir:

 

“Kəlbəcərdə çəmənliklərdə piyada yürüşləri, Qarabağ yaylağında və Qarabağ silsiləsində dağ yürüşləri, Dəlidağın yamaclarındakı İstisuda müalicə və istirahət, Qafqaz Albaniyası memarlığının incisi Gəncəsər monastırına yürüşlər və s. təşkil edilməsi turizm üçün əhəmiyyətli fikirlərdir. Burada da qış turizminin yaradılması, kurort mehmanxana və sanatoriyaların tikilməsi ideyaları müzakirə edilir”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV