Modern.az

Vətən Müharibəsi şəhidinin atası dünyasını dəyişdi  

Vətən Müharibəsi şəhidinin atası dünyasını dəyişdi  

Aktual

24 Avqust 2021, 10:34

Vətən Müharibəsi şəhidi Vüqar Zamanovun atası dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhid ailəsinin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

 

Qeyd edilib ki, oğul itkisinə dözməyən şəhid atası İsmayıl Zamanov bu gecə rəhmətə gedib:

 

“Özünəməxsus hörmət sahibi idi İsmayıl əmi. Dik duruşu, gülər üzü, mülayim danışığı, xeyirxahlığı. Vüqar kimi mərd övlad yetişdirmişdi. Nələr desək də, azdır onun haqqında. Hər şeyə dözmək olar, hər şeyə dözməyə güc tapar insan, ancaq övlad dərdinə dözmək olmur. 60 il yaşamışam hər şeyə dözmüşəm, ancaq övlad dərdinə dözmək olmur deyirdi. Həm Şəhid qardaşı, həm də Şəhid atası idi. Allah sənə rəhmət eləsin İsmayıl əmi” – deyə şəhidin yaxını Tural Nəbiyev qeyd edib.

 

Xatırladaq ki, Vüqar Zamanov 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olub. 2020-ci ildə Müddətdən Artıq Həqiqi Hərbi Xidmətə çağırılıb və sentyabrın 27-si başlanan Vətən Müharibəsində iştirak edib. Hərbçimiz noyabrın 5-i Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub və Horadiz şəhər qəbiristanlığında dəfn edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif ediliblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV