Modern.az

“Peyvəndin ürək-damar xəstəliyini artırması barədə dəlil yoxdur” - Deputat

“Peyvəndin ürək-damar xəstəliyini artırması barədə dəlil yoxdur” - Deputat

Aktual

24 Avqust 2021, 12:56

“Ən birinci peyvənd olunmalı şəxslər risk qrupunda olanlardır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib:

 

“Ürək damar xəstəlikləri olan, şəkərli diabetdən əziyyət çəkən, astma və xərçəng xəstələri anında peyvəndlənməlidir. Allergiyanın bütün növlərindən əziyyət çəkən şəxslərin də erkən peyvənd olunmasına ehtiyac var. Dünyanın heç bir ölkəsində peyvənddən öncə müayinə müzakirə mövzusu olmayıb. Ölkələr hüquq qarşısında məsuliyyət daşıdığına və əks göstərişlərlə bağlı tədqiqatlar tamamlanmadığına görə mütəxəssislər ön tədbir olaraq risk qrupunda olanlara bunu məsləhət görməmişdilər. Çox nadir xəstəliklər var ki, onların kəskin fazasında peyvənd təxirə salınır. AİDS, HİV xəstələri kəskin fazada bunu keçirirsə, həkimlər məsləhət görürlər ki, bu dövr bitsin sonra vaksin vurdurun”.

 

Rəşad Mahmudov xüsusilə əlavə edib ki, 89 min koronavirus xəstəsi üzərində İsveçrədə aparılmış tədqiqatlara görə, peyvəndin ürək-damar xəstəliyi arasında riskləri, beyin ölümünü artırması barəsində heç bir dəlil tapılmayıb:

 

”Koronavirusa yoluxaraq xəstəxanaya orta-ağır vəziyyətdə düşən xəstələrin 2 həftə ərzində ürək damar xəstəliyinə tutulma, insult keçirmə faizi 6.8 dəfə artmaqdadır. Peyvəndin ürək-damar xəstəliyini artırması ilə bağlı heç bir dəlil yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV