Modern.az

Nazirlik kütləvi yoluxma iddiasına aydınlıq gətirdi  

Nazirlik kütləvi yoluxma iddiasına aydınlıq gətirdi  

Aktual

30 Avqust 2021, 17:53

Gənclər və İdman Nazirliyində koronavirusa kütləvi yoluxma halının aşkarlanması barədə məlumatlar yayılıb.

 

İddia edilir ki, qurumun Maliyyə İdarəsinin əməkdaşları arasında kütləvi yoluxma qeydə alınıb. Hətta yayılan xəbərlərdə bununla bağlı ötən həftənin cümə günündən etibarən işdə olan əməkdaşların kütləvi testdən keçirildiyi bildirilir. Nazirliyin koronavirusa yoluxan əməkdaşlarından bir neçəsinin xəstəxanalara yerləşdirildiyi, digərlərinin evdə müalicə aldığı deyilir.

 

Modern.az məlumatın doğru olub-olmadığını aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlayıb.

 

Nazirliyin mətbuat katibi Qabil Mehdiyev saytımıza bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

 

“Nazirlikdə cəmi bir nəfərdə yoluxma olub. Günay Rəhimova adlı əməkdaşımız bu barədə sosial şəbəkədə özü də məlumat paylaşmışdı. O artıq koronovirusdan sağalıb. Gənclər və İdman Nazirliyində koronavirusa kütləvi yoluxma ilə əlaqədar heç bir fakt qeydə alınmayıb”.

 

Nazirlik rəsmisi vurğulayıb ki, digər qurumlarda olduğu kimi, Gənclər və İdman Nazirliyinin əməkdaşları da könüllü şəkildə vaksin olunurlar:

 

"Buna baxmayaraq, əməkdaşlarımız özlərinin və yaxınlarının sağlamlığını düşünərək bu prosesdə fəal iştirak edirlər. Tabe qurumlarla birlikdə, Nazirlik əməkdaşlarının 80 faizə yaxını artıq vaksin olunub. Əks-təsiri olduğu üçün vaksin olunmayanlar, yoluxub sağalmış şəxsləri də nəzərə alsaq, nazirlik əməkdaşlarının çox az bir hissəsi vaksin olunmayıb. Son vaxtlarda nazirlik əmıkdaşlarından yalnız bir nəfər yoluxub və o da hazırda ev şəraitində müalicəsini davam etdirir. Çətin günlərini geridə qoyub, sağalmaq üzrədir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV