Modern.az

Beş nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

Beş nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

Aktual

11 Oktyabr 2021, 14:00

Bakı şəhər sakini beş nəfərə qarşı dələduzluq edib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri olan 5 nəfərin ümumilikdə 4 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sadıqlı saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı