Modern.az

Allahşükür Paşazadə erməni katolikosla görüşəcək

Allahşükür Paşazadə erməni katolikosla görüşəcək

Aktual

11 Oktyabr 2021, 15:42

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

                  
Modern.az xəbər verir ki, Moskvaya bütün Rusiya Patriarxı Kirillin dəvətilə gedən Allahşükür Paşazadə orada bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

Üçtərəfli görüş Patriarx Kirillin vasitəçiliyilə keçiriləcək.

Görüşdə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!