Modern.az

Qaxda dələduzluq edən şəxs tutuldu

Qaxda dələduzluq edən şəxs tutuldu

Aktual

11 Oktyabr 2021, 16:46

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhər sakini Tural Sadıqlının 5 rayon sakinindən ümumilikdə 4 min manata yaxın pul alaraq kriptovalyutaya yatıracağını və bir müddətdən sonra onlara daha çox maddi vəsait qaytaracağını vəd etdiyi məlum olub.

 

T.Sadıqlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024) 255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı