Modern.az

Prezidentdən yeni  Agentliklə bağlı FƏRMAN

Prezidentdən yeni  Agentliklə bağlı FƏRMAN

Aktual

11 Oktyabr 2021, 18:06

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs yaradılıb.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əlyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs yaradılıb.

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı