Modern.az

“Var olsun Müzəffər Ali Baş Komandan!” - FOTOLAR

“Var olsun Müzəffər Ali Baş Komandan!” - FOTOLAR

Aktual

11 Oktyabr 2021, 18:54

Azərbaycan Kooperasiya Universitetində “Var olsun Müzəffər Ali Baş Komandan!” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetində Kooperasiya Universitetinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Hadrut qəsəbəsinin işğaldan azad olunmasının ildönümü münasibəti ilə “Var olsun Müzəffər Ali Baş Komandan!” adlı tədbir keçirilib.

 

Tədbirdə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” ölümündən sonra medalları ilə təltif olunmuş MAXE Ziyad Muradovun atası Muradxan Muradov, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Universitetin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, Nərimanov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elçin Quliyev, Vətən Müharibəsinin qazisi Rauf Abdullayev, Qarabağ Müharibəsinin şəhidi Elçin Kərimbəylinin qardaşı Samir Kərimbəyli və fəal tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Qəsəbənin azad olunması haqda ilk xəbəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa çatdırıb.

 

Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur. Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu. İşğalçı bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan Ordusunun isə Şuşaya yolu açıldı.
Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.
 
Sonunda Hadrut qəsəbəsinin işğaldan azad olunmasının ildönümü münasibəti ilə hazırlanmış videorolik nümayiş etdirilib.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı