Modern.az

Vətən müharibəsinin xronikası - Düşmənə sarsıdıcı zərbələr davam edir

Vətən müharibəsinin xronikası - Düşmənə sarsıdıcı zərbələr davam edir

Aktual

12 Oktyabr 2021, 07:27

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

 

- Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Düşmən alayının tabor komandiri və xeyli sayda canlı qüvvəsi məhv edilib.

 

- Emənilərin Tərtər rayon Kəngərli kəndini top atəşinə tutması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

- Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsinin videogörüntülərini yayıb.

 

- Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.

 

- Müdafiə Nazirliyi Cəbrayılın işğaldan azad olunan Süleymanlı kəndindən videogörüntülər yayıb.

 

- Emənilərin Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10- a çatıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı