Futzal üzrə dünya çempionatı başa çatdıqdan sonra milli komandaların reytinqi açıqlanıb.
Modern.az xəbər verir ki, bu dəfə final mərhələsindən kənar qalan Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb.
Joze Alesionun yetirmələri 1416 xalla dünyada 12-cidir. Yığmamız Avropa ölkələri sırasında 7-ci sıradadır.
Cədvələ mundialın uğursuzu İspaniya başçılıq edir. Dünya üçüncüsü Braziliya sıralamada 2-cidir. Mundialın finalçısı Argentina 3-cü, son çempion Portuqaliya 4-cüdür.
1. Braziliya - 1794
2. İspaniya - 1779
3. Argentina - 1741
4. Portuqaliya - 1693
5. Rusiya - 1697
6. Qazaxıstan - 1601
7. İran - 1580
8. İtaliya - 1510
9. Xorvatiya - 1500
10. Paraqvay - 1482
11. Kolumbiya - 1444
12. Azərbaycan - 1416
13. Ukrayna - 1407
14. Mərakeş - 1388
15. Yaponiya - 1351