Modern.az

Karantin qaydalarını pozanlar CƏRİMƏLƏNDİ

Karantin qaydalarını pozanlar CƏRİMƏLƏNDİ

Aktual

12 Oktyabr 2021, 12:04

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Yenikənd, Zalam və Nohurqışlaq kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Allahverdi İsmayılov, Əhmədiyyə Salahov və Etibar İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı