Modern.az

Millimizin Böyük Dəbilqə üçün heyəti bəlli oldu

Millimizin Böyük Dəbilqə üçün heyəti bəlli oldu

Aktual

12 Oktyabr 2021, 12:50

Cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, yığmamız oktyabrın 16-17-də Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqəyə 8 idmançı ilə yollanacaq.

 

Məşqçilər korpusu mötəbər yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.

 

Böyük Dəbilqədə 48 ölkədən 294 (173 kişi, 121 qadın) cüdoçunun iştirakı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı