Prezident cənab İlham Əliyev oktyabrın 9 da Xocavənd rayonunun ictimaiyyəti ilə görüşü zamanı Hadrut qəsəbəsinin işğaldan azad edilməsində ordumuzun göstərdiyi qəhrəmanlıq, eləcə də erməni saxtakarlıqları barədə çıxış etdi.
Ölkə başçımızın da qeyd etdiyi kimi ordumuz işğal altında olan hər qarış torpaq uğrunda qəhrəmanlıqla vuruşurdu. Hadrut qəsəbəsinin işğaldan azad edilməsində əsgər və zabitlərimiz xüsusi cəsarət göstərmişdilər. Hadrut qəsəbəsi strateji baxımdan elə bir ərazidə yerləşir ki, qəsəbənin işğaldan azad edilməsi gələcəkdə Qarabağın işğaldan azad edilməsində ordumuza yeni imkanlar yaratmış oldu. Bu ərazidə düşmən çox sayda hərbi qüvvələr yerləşdirmiş və ətraf ərazilər də yüksəkliklərlə əhatə olunmuşdur. Bir neçə gün ermənilər Hadrut qəsəbəsində ordumuza müqavimət göstərsələr də sonda əsgərlərimiz qarşısında diz köçərək tam məğlubiyyətə uğradılar. Hadrutun işğaldan azad edilməsi Ermənistan ordusuna demək olar ki, məğlubiyyət abu havası gətirdi. Ermənilər Hadrutu alınmaz bir qala hesab edirdilər. Ermənistan rəhbərliyi Hadrutun Azərbaycan Ordusu tərəfindən geri qaytarılmasını erməni ictimaiyyətindən gizlədirdilər, öz mətbuatlarında yazırdılar ki, guya Hadrut onların əlindədir. Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Hadrut qəsəbəsində Azərbaycan bayrağı dalğalandırıldıqdan sonra erməni yalanı ifşa olundu.
Cənab İlham Əliyev çıxışında ermənilərin bütün dövrlərdə yalan və saxtakarlıqla məşğul olduqlarını da xüsusi vurğuladı. Ermənilər bütün dünyada rəy formalaşdırmağa çalışıblar ki, guya onlar əsrlər boyu bu ərazilərdə yaşayıblar. Tarixi mənbələr də göstərir ki, ermənilər Hadruta XIX əsrdə köçürülüblər. O vaxta qədər burada bir nəfər də olsun erməni yaşamayıb. Ümumiyyətlə erməni tarixinin özü də saxtadır. Onlar özlərindən yalançı tarix yazıblar. Bütün dünyada Ermənistanı Armeniya adlandırırlar, ermənilər isə öz ölkələrini Hayastan adlandırırlar. Bədbəxt xalq özü də bilmirki, onlar ermənidir yoxsa haydılar.
Bu ərazidə yerləşən və dünyanın ən qədim yaşayış məskəni olan Azıx mağarasının da ermənilər onlara məxsus olduğu barədə sərsəm fikirlər səsləndiriblər. Əslində Azıx mağarasını azərbaycanlı alimlər aşkar edib və burada böyük tədqiqat işləri aparıblar. Bu yaşayış yerinin ermənilərlə heç bir əlaqəsi yoxdur.
Ermənilər bu əraziləri özlərinki hesab edirdilərsə, niyə görə 30 il müddətində burada bir dənə də olsun iş aparmayıblar. Əksinə bu əraziləri xarabalıqlara çeviriblər.
Ölkə başçısı çıxışında cəbhə bölgəsində çalışan həkimlərimizin də fədakarlığı nı xüsusi vurğuladı. Doğrudan da müharibə zamanı həkimlərimiz öz həyatlarını riskə ataraq döyüşdə yaralanmış hərbiçilərimizə tibbi yardım göstərib, çətin şəraitdə mürəkkəb əməliyyatlar aparıblar. Fədakar həkimlərimizin sayəsində çox sayda hərbiçimizin həyatı xilas olub.
Müharibə zamanı xalqımızın həmrəy olması bizi qələbəyə daha da yacxınlaşdırırdı. Vətən Müharibəsində xalqımız Ordumuzun arxasında dayandı və ona inandı.
Müharibədən sonra da ermənilər təxribatlara əl atırdılar. Ermənistan koputulyasiya aktına imza atdıqdan sonra da Hadruta təxribat qrupu göndərmişdir. Azərbaycan hərbiçiləri onları tərkisilah etdilər. Cinayət törətməyənlər Ermənistana təhvil verildi, təxribat törədənlər isə Azərbaycan qanunları ilə məsuliyyətə cəlb olundular.
Azərbaycan dövləti, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb. Dövlətimiz hər zaman müharibəyə hazırlıq işləri görüb. Həm iqtisadi, həm də hərbi sahədə böyük işlər aparılıb.
Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan tam azad etdı. Artıq məcburi köçkün anlayışı yoxdur. İşğaldan azad edilmiş bütün torpaqlarımzda Azərbaycan bayrağı dalğalanır. Bu gün azad olunmuş torpaqlarımızın əsil sahibləri öz yurd yerlərinə dönməyə hazırlaşırlar.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor