Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyə yüksəlib. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisi isə sonuncu sırada qərarlaşıb.
***
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.
Modern.az-ın məlumatına görə, ilk hissəsnin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.
Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
***
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.
Modern.az-ın məluamtına görə, 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Duşan Vlahoviç penaltidən fərqlənib.
***
22:45
Belqradda Serbiya və Azərbaycan yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.
Modern.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 22:45-də start götürən matçı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edir.