Modern.az

Bakıda meyvə-tərəvəz anbarı yandı

Bakıda meyvə-tərəvəz anbarı yandı

Aktual

13 Oktyabr 2021, 09:20

Bakıda anbarda yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda yanğın nəticəsində ümumi sahəsi 1600 m² olan anbarın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı