Modern.az

Bakıda bu yolda hərəkət məhdudlaşdırılır

Bakıda bu yolda hərəkət məhdudlaşdırılır

Aktual

13 Oktyabr 2021, 09:52

Oktyabrın 13-16-da Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a bildirilib.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

 

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!