Modern.az

Azərbaycandakı kəhrizlərin atlası hazırlandı

Azərbaycandakı kəhrizlərin atlası hazırlandı

Aktual

13 Oktyabr 2021, 14:05

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Azərsu” ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında kəhrizlərin atlası hazırlanıb.

 

Bu barədə Modern.az-a AMEA-dan məlumat verilib.

 

Atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.

 

Layihəyə əsasən azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...