Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən fərdi qaydada keçirilən onlayn qəbulda vətəndaşların müraciətləri dinlənilib, bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra məsələlərin həlli istiqamətində isə müvafiq qurumlara tədbirlərin görülməsi və aidiyyatı üzrə baxılması üçün tapşırıqlar verilib.
Modern.az xəbər verir ki, qəbulda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.