Modern.az

MEDİA bu qanunun hazırlanmasını araşdırır

MEDİA bu qanunun hazırlanmasını araşdırır

Aktual

13 Oktyabr 2021, 17:00

Medianın İnkişafı Agentliyi (MEDİA) "Diffamasiya haqqında" qanunun hazırlanması ilə bağlı araşdırmalar aparır.

 

Modern.az-ın məlumatına görə, bunu MEDİA-nın rəhbəri Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı araşdırmalar davam etdirilir: "Lazım gələrsə, bununla bağlı Baş Prokurorluqla birgə məsləhətləşmələr aparılacaq. Daha sonra diffamasiya barədə müzakirə aparılacaq".

 

Ə.İsmayılov qeyd edib ki, jurnalistlər də digərləri kimi cinayət törədirsə, məsuliyyətə cəlb olunmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı