Modern.az

Gəncədə Futbol Akademiyası inşa ediləcək

Gəncədə Futbol Akademiyası inşa ediləcək

Aktual

14 Oktyabr 2021, 15:20

Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzi və Futbol Akademiyası inşa olunacaq.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı AFFA tender elan edib. Tender noyabrın 15-dək davam edəcək. İşlər isə 5 dekabr 2022-ci ildə bitəcək.

 

İş həcmində mövcud binanın sökülüb yerində yenisinin tikintisi nəzərdə tutulub. Xarici kommunikasiya xətləri, qazanxana tikintisi, yeraltı su rezervuarları, nasosxana, yarımstansiyanın tikintisi, çirkli suların anbarının tikintisi iş həcmində nəzərə alınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...