Modern.az

Livanda etirazçılara atəş açıldı - 6 nəfər öldü

Livanda etirazçılara atəş açıldı - 6 nəfər öldü

Aktual

14 Oktyabr 2021, 15:36

Livanın paytaxtı Beyrutda etiraz aksiyasının iştirakçılarına atəş açılıb, 6 nəfər həlak olub.

 

Modern.az-in məlumatına görə, Beyrutun mərkəzi hissəsində, Ədliyyə sarayının qarşısında keçirilən aksiya zamanı snayper kütləyə atəş açıb.

 

Nəticədə daha 60-a yaxın şəxs xəsarət alıb.

 

Etirazçılar ötən ilin avqustunda Beyrut limanında baş vermiş partlayışın araşdırılması ilə bağlı komissiyaya rəhbərlik edən hakimin dəyişdirilməsini tələb edir.

 

Qeyd olunur ki, paytaxtda etirazlar davam edir, hadisə yerinə hərbçilər cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı