Modern.az

Şəhid hərbçimizin dəfnindən FOTOLAR

Şəhid hərbçimizin dəfnindən FOTOLAR

Aktual

14 Oktyabr 2021, 15:48

Goranboylular Vətən müharibəsi Şəhidi İxtiyar İlqaroğlu ilə vidalaşıb.

 

Modern.az xəbər verir ki, Goranboy rayonunun Goranlı kəndindən, Qarabağın azadlığı uğrunda aparılan 44 günlük Şanlı Vətən müharibəsinin  iştirakçısı, 2020-ci il oktyabrın 6-da Suqovuşan-Ağdərə-Murovdağ  istiqamətində gedən döyüşlərdə itkin düşmüş, Ordumuzda müddətdən artıq hərbi xidmət edən, gizir, 06 iyul 1994-cü  il təvəllüdlü Şəhid İxtiyar İlqaroğlu bu gün doğulduğu kənddə dəfn edilib.

 

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri, Şəhidimizin  döyüş yoldaşları və xidmət etdiyi hərbi hissənin hərbiçiləri, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı