Naftalanda “English Camp in Naftalan” Tədris Mərkəzinin açılışı olub. Öncə tədbir iştirakçıları Vətən Müharibəsi Şəhidlərinin və qazilərinin övladları, ailə üzvləri ilə birgə Memorial Kompleksi ziyarət edib, ruhlarına dualar oxuyub, gül dəstələri düzüblər.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən natiqlər müalicəvi turizm mərkəzi olan şəhərimizdə Tədris Mərkəzinin fəaliyyətə başlamasının sakinlər üçün töhfə verəcəyini qeyd edərək, Naftalan şəhəri və ətraf ərazilərdən xeyli uşağın bu mərkəzdən faydalanacağını bildiriblər. Sonra tədbir iştirakçıları və valideynlər burada yaradılan şəraitlə tanış olub, məmnunuqlarını ifadə ediblər.
Tədris Mərkəzində məktəbəqədər, məktəbli və böyük yaşlar üçün ümumi olaraq 94 tələbə qəbulu nəzərdə tutulur. Mərkəzdə tədris olunan hər bir xarici dilin tədrisi yeni metodlar əsasında həyata keçiriləcək, həmçinin burada Ümumi ingilis dili ilə yanaşı Korporativ ingilis dili də tədris olunacaq, bu da tələbələrin iş və təhsil həyatında istifadə edilən dil biliklərini inkişaf etdirəcək.
Sonda mərkəzin rəhbərliyi tərəfindən Şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub və mərkəzdə bu qəbildən olan uşaqlar üçün tədrisin ödənişsiz olacağı bildirilib