Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze, Saakaşvilinin həkimlər qrupunun nəzarətinə, tibbi testlərin və dərmanların növbəti mərhələsinə razı olduğunu bildirib.
Modern.az xəbər verir ki, Nikoloz Kipşidze bu barədə Saakaşvili ilə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, Mixeil Saakaşvilinin xəstəxanaya köçürülməsinə hələ ehtiyac yoxdur:
"Onu sonuncu dəfə gördüyümdən daha pis vəziyyətdə gözləyirdim, lakin çox güclü orqanizmi var imiş. Saakaşvili həkimlər qrupunun nəzarətinə, tibbi testlərə və dərmanlara razılıq verib. Çox güclü bir əhval-ruhiyyədədir. Xəstəxanaya köçürülməsinə hələ ehtiyac yoxdur, amma təəssüf ki, o an gələcək. Bir şeyi unutmamalıyıq, bu siyasi aclıqdır, siyasi bir hərəkətdir", - deyə həkim N. Kipşidze bildirib. O həmçinin, Saakaşvili aclıq aksiyasına son qoymayacağını bir daha qeyd etdiyini deyir:
“Saakaşvili mənə heç bir halda aclıq aksiyasını dayandırmayacağını və sona qədər mübarizə aparacağını söylədi. Aksiyaya görə çox xoşbəxt olduğunu söylədi. Düşünür ki, çox böyük, maraqlı və yaxşı bir mitinq baş tutub”, - deyə Kipşidze bildirib.