Modern.az

Koronavirusdan ölən qadın millət vəkili seçildi

Koronavirusdan ölən qadın millət vəkili seçildi

Aktual

17 Oktyabr 2021, 15:28

Seçkilərdən iki ay öncə koronavirusdan vəfat edən bir qadını İraq parlamentinə millət vəkili seçiblər.

 

Modern.az verir ki, qatıldığı seçkilərdə 2400 səs toplayan Ənsam Manuel adlı Bağdad sakininin hələ yayın əvvələrindən COVİD-19-a yoluxduğu, avqustun sonlarında isə öldüyü ortaya çıxıb.

 

Son insident İraqın mövcud hakimiyyətinə seçkilərdə saxtakarlıq olunması ilə bağlı ittihamları daha da gücləndirib.

 

Buna görə ölən qadının ailəsi vəziyyəti izah etməli olub. Məlum olub ki, Ənsam Manuelin adı texniki səbəblərdən bülletenlərdən çıxarılmayıbmış.

 

Sadəcə dostları və qohumları xatirəsinə hörmət əlaməti olaraq ölən namizədə səs veriblər. Seçicilərin bir çoxunun isə onun vəfat etməsindən xəbərləri belə olmayıb. (Gununsesi.info)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı