Modern.az

Bu ərazilərə qar yağacaq - Bu günün havası

Bu ərazilərə qar yağacaq - Bu günün havası

Aktual

18 Oktyabr 2021, 08:19

Bu günə olan hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

 

Atmosfer təzyiqi 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

 

Tibbi-meteoroloji proqnoz:

 

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da əsasən meteohəssas insanlar üçün əlverişlidir.

 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı