Modern.az

140 hektardan çox ərazi minadan təmizlənib

140 hektardan çox ərazi minadan təmizlənib

Aktual

18 Oktyabr 2021, 11:15

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, oktyabrın 11-dən 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 140 piyada əleyhinə, 27 tank əleyhinə mina və 1146 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

141,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 

Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı