Modern.az

Bakıda Zəfər yürüşü KEÇİRİLİB - YENİLƏNİB

Bakıda Zəfər yürüşü KEÇİRİLİB - YENİLƏNİB

Aktual

8 Noyabr 2021, 11:15

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüş başa çatıb.

Modern.az xəbər verir ki, yürüş Hərbi Qənimətlər Parkında yekunlaşıb.


***

Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Bakıda yürüş keçirilir.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə başlayan Zəfər yürüşü Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.

Yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və Qələbə ruhunda mahnı və marşlar səsləndirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə daşıyırlar. Yürüşü süvari dəstə müşayiət edir.

Zəfər yürüşü “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan fləşmobla başa çatacaq. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası nümayiş etdiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?