Modern.az

Bakı-Sumqayıt qatarını daşlayan uşaq saxlanılıb

Bakı-Sumqayıt qatarını daşlayan uşaq saxlanılıb

Aktual

8 Noyabr 2021, 12:53

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran şəxs müəyyən olunub.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?