Qarabağdakı separatçı-terrorçu dəstənin rəhbəri Arayik Arutyunyan Ermənistan Səhiyyə Nazirliyinin Tibb Mərkəzinin ambulator şöbəsində COVID-19-a qarşı peyvənd olunub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, Arayik Arutyunyan bir il əvvəl COVID-19-a yoluxmuşdu, bu səbəbdən də onun peyvənd olunması gecikib.