Modern.az

Saakaşvili helikopterlə naməlum istiqamətə aparıldı

Saakaşvili helikopterlə naməlum istiqamətə aparıldı

Aktual

8 Noyabr 2021, 18:57

Gürcüstanın 39 gündür aclıq elan edən eks-prezidenti Mixail Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan köçürülüb.

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasətçinin anası Giuli Alasaniya bildirib. O qeyd edib ki, həbsxanaya oğluna baş çəkməyə gedərkən içəri buraxılmayıb. Məlum olub ki, Saakaşvili artıq həmin həbsxanada deyil. 

 

“İki zirehli maşın gəldi, daha sonra helikopter uçmağa başladı”, - deyə Alasaniya bildirib. 

“Pirveli” kanalının məlumatına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!