Modern.az

Lavrov Mirzoyana da zəng etdi

Lavrov Mirzoyana da zəng etdi

Aktual

8 Noyabr 2021, 23:05

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Nazirlər 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.

 

XİN rəhbərləri Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin aktual məsələlərinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?