Modern.az

Qanunsuz ov edən əcnəbilər “qara siyahı”ya salınır

Qanunsuz ov edən əcnəbilər “qara siyahı”ya salınır

Aktual

2 Fevral 2022, 12:43

“Əcnəbi ovçulara verilən lisenziyalar ümumi göstəricinin 1 faizi belə deyil".

 

Modern.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

 

Onun sözlərinə görə, ov üçün lisenziya almaq istəyən şəxslərin böyük əksəriyyəti yerli ovçulardır:


"Qanunsuz ov edən əcnəbilər və şirkətlər barədə sərt tədbirlər görülür. Qanunsuz ovlama faktı aşkar ediləndə həm o əcnəbilərə, həm də şirkətə müvafiq sənədlərin verilməsi qadağan olunur. Həmin şəxslər və şirkət "qara siyahı"ya düşmüş olur. Cərimə olunan və ya adı "qara siyahı"ya düşən hər bir əcnəbinin xarici pasportlarındakı məlumatlar avtomatik sistemə düşür. Ona görə də şirkət dəyişməsindən asılı olmayaraq, onların ov etməsi qadağan edilir".
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV