Modern.az

Ova gələn turistlər kateqoriyalara bölünəcək

Ova gələn turistlər kateqoriyalara bölünəcək

Aktual

2 Fevral 2022, 13:00

"Ov etmək üçün ölkəmizə  gələn turistlərin 3 kateqoriyaya bölünməsi nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov danışıb. O qeyd edib ki, ov ediləcək zonalar - yaşıl, sarı və qırmızı rənglər üzrə bölünəcək: 

 

"İlk qrup yaşıl zonaya şamil ediləcək. Ovçuluq lisenziyası alan, heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər yaşıl kateqoriyaya aid ediləcək. Sarı zonaya daxil olanlar müəyyən qədər qanun pozuntusuna cəhd edənlər, qırmızı zonada isə ciddi qanun pozuntusuna yol vermiş ovçular yer alacaq. Qırmızı zonaya daxil olan turistlər barədə ciddi tədbirlərin görülməsi düşünülür. Bunun üçün beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etmək niyyətindəyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...