Modern.az

“Qaz təchizatı haqqında” qanuna dəyişiklik müzakirə olundu

“Qaz təchizatı haqqında” qanuna dəyişiklik müzakirə olundu

Aktual

8 Fevral 2022, 12:25

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilir.

 

Modern.az xəbər verir ki, komitə “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi üçün toplaşıb.

 

Belə ki, fevralın 1-də keçirilən plenar iclasda birinci oxunuşda qəbul olunmuş qanun layihəsi ikinci oxunuşa təqdim edilib.

 

Bundan əlavə, sözügedən dəyişikliklə əlaqədar İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilərək, ikinci oxunuşa hazırlanıb.

 

Qeyd edək ki, “Qaz təchizatı haqqında” Qanununda dəyişikliklə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

 

İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bununla yanaşı, ətraf mühitə, insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında müəyyən edilməsi, həmin halların aradan qaldırılması, həmçinin bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə Məcəllənin 542-ci maddəsi yeni redaksiyada təklif olunur.

 

Dəyişikliyə əsasən, fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV