Modern.az

Parlament nümayəndə heyəti Estoniya Brifinq Mərkəzində

Parlament nümayəndə heyəti Estoniya Brifinq Mərkəzində

Aktual

8 Fevral 2022, 12:12

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfəri çərçivəsində Tallində Elektron Estoniya Brifinq Mərkəzində olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Estoniya Brifinq Mərkəzi haqqında məlumat verilib.

 

Qeyd olunub ki, 2009-cu ildə Qeyri Hökumət Təşkilatı kimi yaradılmış e-Estoniya bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir. Brifinq Mərkəzi ölkənin rəqəmsal xidmətlər sahəsində təcrübəsinin təşviqində mühüm rol oynayır.

 

Milli Məclisin nümayəndə heyəti Brifinq Mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV