Modern.az

Pensiyaçılar fevralda 50 manatlıq yardımı da ALACAQ

Pensiyaçılar fevralda 50 manatlıq yardımı da ALACAQ

Aktual

8 Fevral 2022, 13:40

"Prezidentin sərəncamı ilə pensiyaçılar yanvar və fevral artımlarını, eyni zamanda, I rüb üçün nəzərdə tutulmuş 50 manat yardımı bu ay alacaqlar".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

 

O qeyd edib ki, növbəti aylarda pensiyaçılar 50 manat yardımı hər rübün birinci ayında ala biləcəklər:

 

"Sığorta prinsipi ilə pensiya alanlara sərəncamla 2022-ci il üzrə 200 manat maddi yardım da veriləcək. Bu maddi yardım rüblər üzrə bölünəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır