Modern.az

Hikmət Hacıyev xarici səyyahlarla GÖRÜŞDÜ

Hikmət Hacıyev xarici səyyahlarla GÖRÜŞDÜ

Aktual

18 Fevral 2022, 19:06

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twiter" səhifəsində məlumat yayıb.

 

“3 günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən səyyahlarla görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - H.Hacıyev vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...