Modern.az

65 yaşlı qadın su çəninə düşərək öldü

65 yaşlı qadın su çəninə düşərək öldü

Aktual

19 Fevral 2022, 11:15

Xaçmazda qadın su çəninə düşərək ölüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

 

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər