Modern.az

Yeni icra başçısı kollektivə təqdim olundu

Yeni icra başçısı kollektivə təqdim olundu

Aktual

19 Fevral 2022, 11:32

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov fevralın 19-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

 

Modern.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

 

Elxan İbrahimov ona göstərilən etimada görə minnətdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı