Modern.az

İnam Kərimov Cahangir Əsgərovun yerinə SEÇİLDİ

İnam Kərimov Cahangir Əsgərovun yerinə SEÇİLDİ

Aktual

19 Fevral 2022, 11:44

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının ümumi yığıncağı keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

 

Tədbirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

 

Federasiyanın üzvlərindən Vahid Nəzərov, Elxan Süleymanov, Azad Mustafayev hesabat dövründəki fəaliyyətlə bağlı iradlarını bildirib, təkliflərini səsləndiriblər.

 

Sonra federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər edilib.

 

Daha sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib.

 

Yığıncaqda, həmçinin Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev idarə heyətinin üzvü seçiliblər.

 

Federasiyanın yeni prezidenti İnam Kərimov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

 

Sonda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı