AMEA-nın yeni prezidenti aprel ayında seçiləcək.
Modern.az xəbər verir ki, bu barədə Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.
İclasda akademik Ramiz Mehdiyevin prezidentlikdən istefa ərizəsi təsdiqlənib. Akademiyanın ümumi iclasının apreldə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı.