Modern.az

Bakı və Tehran arasında həftədə iki uçuş olacaq

Bakı və Tehran arasında həftədə iki uçuş olacaq

Aktual

19 Fevral 2022, 13:52

Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi deyib.

 

Onun sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları şirkətləri tərəfindən həyata keçiriləcək. Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması gündəmə gətiriləcək.

 

Qeyd edək ki, bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı