Modern.az

Peskovdan ABŞ və NATO-ya sərt İTTİHAM

Peskovdan ABŞ və NATO-ya sərt İTTİHAM

Aktual

19 Fevral 2022, 14:04

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.

 

Modern.az "RİA Novosti"yə istinadən bildirir ki, Peskov Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

 

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb.

 

Qeyd edək ki, NATO Baş katibi Yents Stoltenberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı