Modern.az

Mingəçevir-Yevlax yolunda zəncirvari qəza - FOTOLAR

Mingəçevir-Yevlax yolunda zəncirvari qəza - FOTOLAR

Aktual

19 Fevral 2022, 16:58

Mingəçevir-Yevlax yolunun Salahlı kəndindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, BMW markalı minik avtomobili VAZ-2107 və VAZ-2114 markalı maşınlarla toqquşub.

 

Məlumata görə, qəzaya səbəb olan BMW-nin qadın sürücüsü hadisə yerindən qaçıb. Onun yanında olan qadın sərnişin, eləcə də digər avtomobillərdə olan 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər