Modern.az

“Azərişıq” Kəlbəcərdə hərbi hissələrə işıq çəkir - VİDEO

“Azərişıq” Kəlbəcərdə hərbi hissələrə işıq çəkir - VİDEO

Aktual

19 Fevral 2022, 17:20

“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, qurumun əməkdaşları Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğuldurlar.

 

Onların sözlərinə görə, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq, 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.

 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı